ABŞ hərbi təyyarəsi okeana düşüb - Ölənlər var

img

29-11-2023 [10:58]


ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı ABŞ Müdafiə Nazirliyi  təsdiqləyib.

Bildirilib ki, təyyarədə 8 nəfər olub: "Hazırda qəza ilə bağlı araşdırma gedir".

Yaponiya Sahil Mühafizəsi İdarəsi də açıqlama yayaraq, yerli vaxtla saat 14:47 radələrində göyərtəsində 8 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarənin okeana düşdüyünü bəyan edib: "Təyyarədə olanların taleyi barədə məlumatlı deyilik".

Firudin SƏFƏRLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA