Türkiyədə təbii fəlakət: 2 nəfər ölüb, 10 nəfər yaralanıb

img

27-11-2023 [00:16]


Türkiyədə güclü yağışla bərabər baş verən sel, daşqın, tufan bəzi şəhərlərdə  ölüm və böyük dağıntılara səbəb olub.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, yaşanan təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə AFAD-dan verilən açıqlamaya görə, Sinopun Erfelek rayonunda fırtına nəticəsində çökən binada bir nəfər, Konyada isə çökən tövlədə daha bir nəfər dağıntılar altında qalaraq ölüb: "Bundan əlavə, fırtına Ankarada hərbi hissədə də dağıntılar yaradıb, nəticədə 4 əsgər yaralanıb, digər bölgələrdə isə ümumilikdə 6 yaralı var...".

AFAD-dan bildirilib ki, ümumilikdə 10 nəfər yaralanıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA