İsrail ordusundan xəbərdarlıq: "İndoneziya xəstəxanasını 4 saat ərzində boşaldın!"

img

23-11-2023 [11:35]


İsrailin Qəzzanın şimalındakı İndoneziya Xəstəxanasının 4 saat ərzində boşaldılmasını tələb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyinin rəsmisi Munir Abdullah əl-Ber açıqlayıb.

Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsi yaxınlığındakı İndoneziya Xəstəxanasında açıqlama verən Berşin sözlərinə görə, İsrail ordusunun mühasirəsində olan xəstəxanaya heç bir yardımın girməsinə icazə verilmir.

"Əl-Cəzirə" televiziyasına danışan Berş bildirib ki, İsrail ordusu hərbi əməliyyatlar üçün İndoneziya Xəstəxanasına girmək istədiyini və bu səbəbdən xəstəxananın 4 saat ərzində boşaldılmasınə tələb edib: "Artıq bizə rəsmən xəbərdarlıq ediblər. Burada təxminən 200 nəfər xəstə, 65 cəsəd var. Həttəa 50 ölü var ki, biz onları 10 gündür dəfnə yollaya bilmirik. İndi də burada çarəsiz vəziyyətdə qalmışıq..".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq