Yəməndən ABŞ-ın hərbi gəmisinə dron hücumu... - "Bütün dronlar vuruldu"

img

23-11-2023 [11:28]


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan bölgələrdən hərbi gəmilərinə çoxlu sayda kamikadze pilotsuz təyyarəsi ilə hücum olduğunu təsdiqləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandaanlığın mlumatına görə, hərbi gəmilərinə yönləndilən bütün dronlar Qırmızı dəniz üzərində havada vurulub: "Bu dronlar ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Thomas” tərəfindən vurulub. Gəmiyə heç bir ziyan dəyməyib".

Onu da qeyd edək ki,noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərini hədəf alacaqları ilə hədələyib, daha sonra Qırmızı dənizdə İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini açıqlayıblar.. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA