Qətər XİN: "Qəzzada yaxın saatlarda atəşkəs elan olunacaq"

img

23-11-2023 [10:34]


"Qəzzada atəşkəs yaxın saatlarda elan olunacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlayıb.

O bildirib ki, İsraillə HƏMAS arasındakı anlaşma yaxın saatlarda rəsmiləşəcək: "Atəşkəs yaxın saatlarda elan olunacaq"

XİN sözçüsü deyib ki, Misir və ABŞ-ın da səyləri ilə humanitar atəşkəsin ən qısa zamanda tətbiqi nəzaərtə saxlanılır.

Xatırladaq ki, atəşkəs razılaşması bu gün Bakı vaxtı ilə saat 07.00-dan başlanacağı gözlənilsə də, son anda İsrail saatı ertələyib... 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR