İsrail Qəzzada daha bir evi vurub: ölənlər var

img

22-11-2023 [13:02]


Qəzzada HƏMAS hərəkatı ilə əsir mübadiləsi razılaşması çərşivəsində 4 günlük müvəqqəti atəşkəs elan olunsa da, İsrail ordusu bəzi hədəfləri vurmaqda davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu bu gün səhər Qəzzanın mərkəzində 9 nəfərin ölümü ilə nəticələnən Nuseyrat qaçqın düşərgəsinə zərbə endirdikdən sonra daha bir evi bombalayıb.

Məlumata görə, İsrail qırıcıları Refahda Abo Şammala adı şəxsin evinə zərbə endirib: "Nəticədə 4-ü körpə olmaqla 6 nəfər həlak olub".

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq