Seks səhnələri ilə gündəmə gələn seriala görə rejissor məhkəməyə verildi

img

10-06-2014 [12:35]


"ATV kanalında yayımlanan "Qız yükü” serialının rejissoru İntiqam Hacılı barədə məhkəməyə müraciət edilib.

AzNews.az-ın məlumatına görə, rejissorun məhkəməyə verilməsinə səbəb ATV kanalında yayımlanan "Qız yükü" serialında baş verən qalmaqalla bağlıdır. Belə ki,
serialının ilk 7 seriyasının ssenari müəllifi Arzu Soltan qonorarını ala bilmədiyinə görə İ.Hacılını məhkəməyə verib.

Məlumatda o da qeyd olunub ki, A. Soltan bu günə kimi "Qız yükü” serialının yalnız iki hissəsinin qonararını alıb.

Məsələ ilə əlaqədar Arzu Soltanla əlaqə saxladıq. Arzu Soltan AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl bu serial erotik səhnələrinə görə, gündəmə gəlmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR