"SƏRHƏDDƏ GÖRÜŞƏK" - Rəsmi Bakı "Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırıq" bəyanatı yaydı

img

21-11-2023 [16:13]


"Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb".

Mia.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı bəyanatına cavabda deyilib.

Bildirilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir:

"Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR