Brazilya mafiyası "Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edir - Səbəb

img

20-11-2023 [12:54]


Brazilya mafiyası "Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Kolumbiya - Braziliya yığmaları arasında oyunda baş verən hadisə olub.

Belə ki, "Qalatasaray"ın kolumbiyalı oyunçusu Davinson Sançes 27-ci dəqiqədə brazilyalı Vinisius Juniora qarşı kobud oynayıb.

Nəticədə Vinisius Junior zədələnərək 27-ci dəqiqədə oyunu tərk edib. Onun Neymar kimi uzun müddət futboldan kənar qalacağı xəbəri isə brazilaylı mafiyaları hərəkətləndirib.

İddiaya görə, cinayətkar təşkilatlar açıq formada "Qalatasaray" oyunçusunu  kobud oyununa görə sıradan çıxarılmış  brazilyalı futbolçunun qisasını alacaqları ilə hədələyibər.

Qeyd edək ki, bu oyunda Kolunmbiya 2-1 qalib gəlib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA