Ərdoğan Berlində Şoltsa meydan oxudu, alman jurnalistə isə dərs keçdi: "Bizi belə təhdid edə bilməzsən" - "Kilsələrin vurulması səni narahat etmir?" - VİDEO
17-11-2023 [23:09]
Berlində rəsmi səfərdə olan Türkiyə prezidenti Ərdoğan Almaniya kansleri Olaf Şoltsla təkbətək görüşdən və heyətlər arasında iş yeməyindən əvvəl birgə mətbuat konfransı keçirib.
Mia.az TRT-yə istinadla xəbər verir ki, brifinq liderlərin sərt diplomatik mesajı ilə yadda qalıb.
Ərdoğan çıxışında Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Şolts başda olmaqla bütün alman dostlarına ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
O, bildirib ki, görüşlərdə iki ölkə arasında ticarət, siyasi və hərbi əlaqələrlə yanaşı, Rusiya ilə Ukrayna, İsraillə Fələstin arasındakə savaş müzakirə olunacaq.
Türkiyə Prezidenti çıxşına Qəzzadakı fəlakətli vəziyyətlə başlayıb: "Mən burada da açıq danışacağam. Çünki 7 oktyabr tarixini Qəzza üçün başlanğıc kimi qələmə verilir. Oktyabrın 7-dən sonrakı dövr ümumiyyətlə müzakirə olunmur. İndiyə qədər təəssüf ki, 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Üstəlik, indi Qəzza deyə bir şey demək olar ki, yoxdur, qalmayıb, hər yer dağıdılıb. İndi oturub-durub HƏMAS, HƏMAS, HƏMAS deyirlər...
HƏMAS-ın silahı və gücü İsrailin silahı və gücü ilə müqayisə edilə bilərmi? İsrailin hazırda nüvə silahı varmı? Var, amma bunu İsraildən soruşsan, “var” deməyəcəklər. Çünki yalandan çox yaxşı istifadə edirlər. Bütün bunlarla hazırda bu qədər maliyyə dəstəyinin verildiyi deyilir. Bəs, HƏMAS-a belə maliyyə dəstəyi verilirmi? Belə bir şey mümkündürmü? Xeyr, belə bir şey yoxdur. Fələstinə verilməli olan dəstək verilmir”.
Ərdoğan xatırladıb ki, bütün bu yoxluqlar arasında ibadət yerləri, kilsələr və xəstəxanalar vurulub. Bütün bunlarla yanaşı xəstəxanaların vurulması, uşaqları öldürməyin Tövratda olmadığına diqqət çəkən Ərdoğan daha sonra belə davam edib: "Tövratda bunların heç biri yoxdur. Bunu edə bilməzsiniz. İnsan haqları bəyannaməsində bunu edə bilməzsiniz. Amma burada göründüyü kimi, bu uşaqlar necə güllələnir? Xəstəxanalarda necə öldürülürlər? Bunların qarşısında əl-qolumuz bağlı dayanacağıq? Buna qarşı heç vaxt səsimizi çıxarmayacağıq? Əllərimiz burada olsaq, əl-qolumuz bağlı, dilimiz bağlı olsaq, tarix qarşısında bunun hesabını verə bilmərik. Ona görə İsrail-Fələstin savaşını borclu psixologiya ilə qiymətləndirməməliyik. Bax mən sərbəst danışıram. Çünki İsrailə borcumuz yoxdur. Borcumuz olsaydı, bu qədər sərbəst danışa bilməzdik. Amma borcu olanlar sərbəst danışa bilmir. Biz Holokostdan keçməmişik. Bizdə belə bir vəziyyət yoxdur. Çünki bizim insanlara hörmətimiz çox fərqlidir.
Baş nazir olduğum müddətdə antisemitizmə qarşı ilk mövqe tutan liderəm. Dünyada heç bir baş nazir bu mövqedən çıxış etməyib".
Türkiyə və Almaniyanın humanitar atəşkəsə nə qədər töhfə verə biləcəyinin və bu addımların necə atılacağının vacib olduğunu vurğulayan Ərdoğan daha sonra bildirib ki, Türkiyə buna hazırdır:
"Biz buna hazırıq, ya yox? Bir həftə sonra cənab Ştaynmayer İsrailə gedir. Mən ona müraciət etdim. Dedim ki, siz bu işin bir tərəfindən tutun, biz də digər tərəfdən tutaq. Əhəmiyyətli odur ki, gəlin birlikdə bu humanitar atəşkəsə nail olaq. Mən bu addımı atmağa hazıram. Əgər Almaniya və Türkiyə arasında belə bir humanitar atəşkəsə birlikdə nail ola bilsək, bölgəni bu atəş halqasından xilas etmək imkanımız olacaq. Girovların mübadiləsi... biz buna da hazırıq. Amma girov deyəndə İsraildə girovların sayı nə qədərdir? Digər tərəfdən girovların sayı nə qədərdir HƏMAS-ın və ya Fələstinin əlində? Buna baxanda İsrailin əlində daha çox girovlar var. İllərlə saxlanılan girov və məhbuslar İsrailin əlindədir. Bunu da görmək lazımdır. Bunu görməsək, bu ədalətsizlik olardı...".
Daha sonra almaniyalı jurnalistlərdən biri Ərdoğana HƏMAS-a simpatiyası və bunun Almaniya ilə münasibətlərə xələl gətirməsi, həmçinin Avropadan alınması nəzərdə tutulan qırıcıların bu mövqeyə görə əngəllənməsi və hətta NATO daxilində Türkiyənin hazırkı mövqeyinin qəbulolunmazlığı barədə sual ünvanlayıb.
Türkiyə prezidenti bu suala cavabda təmkinini qorumağa çalışsa da, o, sonda alman jurnalistə tövsiyə verməyi unutmayıb:
"Əvvəla, biz Türkiyə olaraq NATO-nun aparıcı dövlətlərindən biri və ilk beşlikdəyik. Türkiyə NATO-da sıradan bir ölkə deyil. Hazırda NATO-da kimin fikri nə olursa olsun, bizim öz mövqeyimiz var. Rusiya ilə Ukrayna arasında hamı Ukraynanın tərəfindədirmi? Ancaq biz Türkiyə olaraq Ukrayna və Rusiya ilə danışıqlar aparan yeganə NATO üzvüyük. Heç bir fərq qoymuruq. 33 milyon tonluq taxıl bütün Avropaya, Afrikaya aparan biz idik. Açıq deyirəm, o taxılın 40 faizdən çoxu Avropaya getdi. İndi deyirsiniz ki, yüzlərlə israilli öldürülüb. Bax, mən sənə yüzlərlə demirəm, minlərlə öldürülən fələstinlilərdən danışıram. İndi bu İsrail minlərlə fələstinliləri öldürübmü? Öldürüb. Xəstəxanaları məhv etdi? Etdi. İbadət yerlərini, məscidləri, kilsələri vururmu? Vurur. Bir müsəlman olaraq, bu, məni narahat edir. Kilsələrini vururlar, təki sən bir xristian olaraq bundan rahatsız deyilsən? Heç olmasa buna qarşı mövqe qoyun...
Baxın, Almaniya İsrailə nə qədər maliyyə dəstəyi verdiyindən danışır. Hə, Abropa istehslaı olan "Eurofighter" qırıcılaırnın alınmasına gəldikdə, Almaniya verər, ya verməz. Dünyada döyüş təyyarələri istehsal edən yeganə ölkə Almaniyadırml? Bu məsələni başqa ölkələrlə də həll edə biləcəyimiz variantlar da var. Bunu başqa yerdən təmin edərik. Bilirsiniz, hazırda Türkiyə PUA istehsalı ilə öndə olan ölkələr arasındadır. Bir mətbuat nümayəndəsi kimi, bizi bununla təhdid etməyin. Bizə elə suallar verin ki, vicdanlı, dürüst və əsaslı olsun. Ki, biz də ona uyğun cavabınız verək...".
Bundan sonra Şolts çıxış edərək, İsrailin özümünüdafiə hüququndan danışıb və mülki insanların ölümünün maksimum şəkildə az olması istiqamətində çalışmağın vacibliyini qabardıb...
Samir Musayev
MİA.AZ
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər