Cənubi Koreya daha 25 Çin əsgərinin qalıqlarını qaytarır

img

17-11-2023 [17:09]


Cənubi Koreya Koreya müharibəsində həlak olan daha 25 Çin əsgərinin qalıqlarını Pekinə təhvil verir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1950-1953-cü illər arasında baş verən Koreya müharibəsində həyatını itirən 25 Çin əsgərinin qalıqları gələn həftə rəsmi mərasimlə yola salınacaq: "Müdafiə Nazirliyi Çin ilə dostluq və əməkdaşlığı çərçivəsində Cənubi Koreyada cəsədləri tapılan Çin əsgərlərinin qalıqlarını geri qaytarmağa davam edəcək".

Xatırladaq ki, Cənubi Koreya 2014-cü ildə imzalanan repatriasiya layihəsi çərçivəsində indiyədək 913 Çin əsgərinin qalıqlarını geri qaytarıb.

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA