İran BMT-yə İsraillə bağlı çağırış edib

img

16-11-2023 [09:02]


İran BMT-yə İsraillə bağlı çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türklə görüşdə söz açıb.

Abdullahiyan xəstəxanalara və yaşayış məntəqələrinə hücumların hazırda İsrailin prioritetləri arasında olduğunu və bu vəziyyətə son qoyulmasını vacib saylb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına Qəzza faciəsinin həllinə kömək etmək üçün BMT-yə üzv ölkələrin iştirakı ilə fövqəladə sessiya keçirməyə çağıran Abdullahiyan, həmçinin İnsan Haqları Şurasına müharibə cinayətlərini izləmək və sənədləşdirmək üçün ekspertlər qrupunun yaradılmasını təklif edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Türk Qəzzada və hətta İordan çayının qərb sahilində humanitar vəziyyətin son dərəcə narahatlıq doğurduğunu deyib.

BMT Baş katibi Antonio Quterreşin də müharibənin dayandırılması üçün hərəkətə keçmək zərurətini vurğuladığını xatırladan Türkün sözlərinə görə, bu mürəkkəb və acınacaqlı vəziyyətdən həll yolu tapmaq, müharibənin genişlənməsinə mane olmaq üçün maksimum səy göstərilməlidir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq