ÜST: "Qəzzada Şifa Xəstəxanasında vəziyyət çox ağırdır"

img

13-11-2023 [11:43]


"Qəzzada yanacağı tükənən Şifa Xəstəxanasında vəziyyət çox ağırdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

Onun sözlərinə göər, Şifa Xəstəxanasında vəziyyət dözülməzdir: "Xəstə ölümlərində fəlakətli artım var. Təəssüf ki, xəstəxana artıq xəstəxana funksiyasını yerinə yetirə bilmir"

ÜST-nin Şifa Xəstəxanasında işləyən həkimlərlə əlaqəni bərpa etməyi bacardığını ifadə edən Ghebreyesus bildirib ki, hazırda xəstəxanada xəstəxanada elektrik və su yoxdur.

ÜST rəhbəri dünyanın baş verənlərə sakit yanaşmasını qəbuledilməz olduğunu qeyd edib: "Qəzzada fəlakətin miqyasının daha dəhşətli xarakter almaması üçün dərhal atəşkəs olmalıdır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq