Afrikada təhlükəli virus: Nigeriyada 2,3 milyon uşaq iflicə qarşı peyvəndlənib

img

13-11-2023 [09:19]


Nigeriyada 2,3 milyon uşağa poliomielit (iflicə qarşı) peyvəndi vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nigeriyanın Anambra əyalətində poliomielit xəstəliyinə qarşı aparılan kampaniyada 2,3 milyon körpə və uşaq peyvənd edilib.

Əyalətinin Səhiyyə İdarəsinin rəhbəri  Afam Obidike deyib ki, son bir aydır əyalətdə poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanılıb: "Peyvənd kampaniyasında 1,5 milyon körpə və 0-5 yaş arası uşağa qarşı 2,3 milyondan çox körpə və uşaq peyvəndənib.  Hazırda proses davam edir".

O, valideynləri uşaqlarını peyvənd etdirməyə çağırıb.

Xatırladaq ki, Afrikada uşaq iflici Burundi, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudanda da genişlənib.

Onu da qeyd edək ki, qida, su və təmas yolu ilə keçən poliomielit virusuna qarşı tədbir görülməzsə, bu, tənəffüs yollarında problemlərə, uşaqların ömürlük iflic olmasına və ölümə səbəb ola bilər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq