Nizamidə daha bir yaşıllıq ərazi hasara alındı: polis və komitə tikintini dayandırdı, ancaq... - Nə baş verir? (FOTO)
13-11-2023 [10:03]
Paytaxtn Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında, bir neçə binanın və 220 saylı məktəbin əhatəsində yerləşən yaşıllıq ərazisi hasara alınaraq, tikinti işlərinə başlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Meydan TV-yə yaxınlıqdakı binanın sakinləri məlumat veriblər.
Sakinlərdən Orxan Babayev bildirib ki, yaşıllıq ərazisində hansısa obyektin tikiləcəyi gözlənilir. Çünki tikinti işlərinə bayram günlərində başlanılıb. Ərazidə hansısa obyektin tikintisi xüsusilə məktəblilərin gediş-gəlişinə mane olacaq.
Sakinlərin sözlərinə görə, yaxınlıqdakı yeni tikilidə ev alarkən onlara yaşıllıq ərazisində park salınacağı, sakinlərin həmin ərazidə istirahəti üçün şərait yaradılacağı vəd olunub.

“Dərs çıxışında məktəbin ətrafında sıxlıq yaranır, az qala yolun ortasında avtomobillər park edilir. Hansısa obyekt, kafe, yaxud restoran tikiləndən sonra ümumiyyətlə, saatlarla sıxlıq olacaq. Valideynlərin çoxu parkdan keçərək məktəbə uşaq yola salırlar”,-sakinlər bildiriblər.
Şikayətçilər ərazi polis bölməsinə və 102 xidmətinə şikayət edəndən sonra əraziyə gələn polislər tikintini dayandırıblar. Bundan sonra parkın girişinə uşaq parkı salınacağına dair elan yerləşdirilib. Lakin sakinlər bunun doğru olmadığına inanırlar:
“Nizami, Xətai rayon ərazisində yol kənarlarının, yol ayrıclarının, yaşıllıq ərazilərinin müxtəlif sosial layihə adına zəbt edilərək yerində kafe, restoran tikilməsinə dair onlarla faktlar var, mətbuat yazıb. Öz balkonunda tikinti aparmaq istəyən kimi yüz yerdən tökülüb gəlirlər. Necə olur ki, bu boyda tikinti gedir, maraqlanan yoxdur”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən isə bildirilib ki, Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib, 5 və 16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanıb. Baş idarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılıb.
Maraqlıdır, komitə və polis tikintgini dayandrııb. Dayandrıbsa, demək ki, qanunsuz olub.
Elə isə ortaya haqlı sual çıxır: bu yaşıllıq ərazidəki hasarlama və tikintiyə kim şərait yaradır?
Məsələyə Nizami İcra Hakimiyyətinin münasibətini öyərənə bilmədik.
MİA.AZ
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər