Bakıda kitab sərgisi... - FOTOLAR

img

12-11-2023 [12:00]


Bildiyimiz kimi 11-15 noyabr 2023-cü il tarixlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq kitab sərgisi keçirilir. 

Bir region mədəniyyətinin nümayəndəsi, gənc olaraq biz də tədbirdəyik. İlkin olaraq yaratdığı şərait və qayğıya görə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlıya təşəkkür edirik.

...Təəssüratlarımdan çox məmnunam və onu bölüşmək istəyirəm. 

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rusyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, millət vəkilləri Nizami Cəfərov və Fəzail Mustafa çıxış edərək tədbirin mahiyyəti, kitab və oxu vərdişlərinin əhəmiyyəti, dövlətin kitabxana işinə qayğısı və ümumən, mədəniyyət siyasəti barədə danışdılar.

Mədəniyyət naziri Adil Kərimli Qarabağ müharibəsində kitabxana və kitab fonduna dəyən ziyanlara və onun aradan qaldırılmasına münasibət bildirdi: "30 il ərzində Azərbaycan  mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona yaxın kitab fondu tamamilə məhv olmuşdur. Bütün bunları bərpa edib, Qarabağda zəngin kitab fondu yaratmalıyıq".

Qeyd edim ki, sərgiyə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə qatılıb. Tədbir çərçivəsində kitab təqdimatları, imza günləri, konfrans və simpoziumlar, qiraət və musiqi saatları, müxtəlif diskusiya və görüşlər olmaqla 220 tədbirin keçirilməsi nəzərdə tutulub.

 Bölgə iştirakçıları üçün xalq yazıçı və şairləri, tanınmış gənc yazarlar, xarici ölkələrin ədəbiyyat və incəsənət nümayəndələri ilə təmasda olmaq çox xoşdur. Onların müxtəlif tədbirlərinə dəvətlər almışıq, inşallah, böyük həvəslə iştirak edəcəyik.

Bir gənc mədəniyyət işçisi olaraq IX Bakı Beynəlxalaq kitab sərgisinin işinə uğurlar arzulayıram.

Yasin Səxavətli

MİA.AZ
 

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq