ƏSA Teatrı Vətən Müharibəsinə həsr olunan film-tamaşa təqdim etdi - VİDEO

img

08-11-2023 [11:20]


Vətən Müharibəsindən bir il sonra ƏSA Teatrı tərəfindən hazırlanan və respublika üzrə keçirilən "4.4 Qısa Tamaşalar Festivalı"nda birinci yerə layiq görülən "Qonşu" film-tamaşası ƏSA Teatrının YouTube kanalında paylaşılıb.

Mia.az xəbər verir ki, Zəfər Günü münasibətilə yayımlanan film-tamaşadakı hadisələr işğala məruz qalan bölgəmizdə baş verir. 30 il əvvəl azərbaycanlı qonşularını xaincəsinə tələyə salaraq, onların ölümünə səbəb olan erməni ailəsi, qonşularının evini ələ keçirir.

30 il ərzində qonşu evində yaşayan erməni ailəsi heç vaxt xoşbəxtlik əldə edə bilmir. İkinci Qarabağ müharibəsi başlayan zaman onların xoşbəxtlik arzuları tamamilə yox olur və bu arzuları qorxu əvəzləyir. «Qonşu» tamaşasının əsas ideyası Azərbaycan xalqının vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin təbliği ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.

Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, bəstəkarı Vüqar Babayevdir. Qeyd edək ki, tamaşada 44 günlük Vətən Müharibəsinin canlı şahidi – İkinci qrup Qarabağ qazisi də (Elvin Şahmərdan) iştirak edir.

Filmi izləmək üçün link: 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq