Şolts: "Yəhudilərə hücum edən bizim hamımıza hücum edir"

img

06-11-2023 [11:26]


"Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şols "Mannheimer Morgen" qəzetinə müsahibəsində deyib.

O, Almaniyadakı insanları antisemitizm hadisələri qarşısında yəhudiləri qorumağa çağırıb: "Hamımız Almaniyadakı yəhudilərin müdafiəsi üçün ayağa qalxmalıyıq, bu, həm də vətəndaş cəsarəti məsələsidir. Antisemitizmi qəbul etməyəcəyik. Çox açıq qanunlarımız var. İsrail bayraqlarını yandırmaq cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir. Almaniyada yəhudilərə hücum edən hər kəs hamımıza hücum edir".

Hüquq-mühafizə orqanlarının bu cür cinayətləri cəzalandırmaq vəzifəsi olduğuna vurğulayan kansler əlavə edib ki, hüquq-mühafizə orqanları lazımi vasitələrə malikdir və onlardan ardıcıl şəkildə istifadə etməlidir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA