Fələstin Qızıl Aypara Cəmiyyəti: "Qəzzaya daha 47 yardım maşını buraxıldı"

img

04-11-2023 [09:25]


"Qəzzaya daha 47 yardım maşını daxil olub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Qızıl Aypara Cəmiyyəti yayıb.

Bildirilib ki, bu gün daha 47 yardım maşını Rəfah Sərhəd Qapısından İsrailin blokadasında olan Qəzza zolağına giriş edib: "Yük maşınlarında  ərzaq, tibbi ləvazimat, dərmanlar və çadırlar var".

Açıqlamada oktyabrın 7-dən bəri Qəzzaya 421 yardım maşınının daxil olmasına icazə verildiyi qeyd edilib.

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA