Türkiyədə musiqiçiyə əvvəl atəş açıldı, daha sonra balta ilə hücum oldu - FOTO

img

03-11-2023 [15:36]


Türkiyənin İzmir şəhərinin Foça rayonunda 68 yaşlı Arif Serdar  musiqiçi qonşusuna hücum edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arif Serdar əvvəl qonşusu "Buzuki Niko" kimi tanınan musiqiçi Niko Necdet Keresteciyə əvvəlcvə tüfənglə atəş açıb, ünvanına söyüş və təhqirlər yağdırıb. 

Məlumata görə, Kerestecinin şikayət etdiyi Arif Serdar polisdə ifadə verəndən sonra isə bu dəfə balta ilə onun evinə hücum çəkib.

Xəbərdə deyilir ki, tərəflər aarsında gərginliyin səbəbi məişət zəmində bir-birlərinin arxasınca işlətdikləri "yersiz ifadələr" olub.

Firudin

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq