İraqın şimalında daha 3 terrorçu zərərsizləşdirilib - Açıqlama

img

03-11-2023 [11:58]


İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Bildirilib ki, bu gün İraqın şimalındakı Qəndil bölgəsində keçirilən hava əməliyyatı ilə 3 PKK terrorçusu məhv edilib: "Qəfil zərbələrə davam edirik! İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 3 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Terror və terrorçularla mübarizəmiz qətiyyətlə davam edəcək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA