Qəzzada rabitə və internet səhərə yaxın tamamilə kəsilib - Şirkət açıqlama yaydı

img

01-11-2023 [08:54]


Qəzzada rabitə və internet yenidən kəsilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Paltel" Fələstin Telekommunikasiya Şirkəti sosial media hesabından paylaşım edib.

Şirkət bildirib ki, səhər saatlarında Qəzza zolağında rabitə və internetin tamamilə kəsilib.

Daha əvvəl bağlanmış beynəlxalq şəbəkənin yenidən kəsildiyini açıqlayan şirkət təəssüflə elan edib ki, Qəzza zolağında rabitə və internet xidmətləri bərpa etmək cəhdləri alınmır.

Xatırladaq ki, oktyabrın 27-də İsrail ordusu ən şiddətli hava hücumlarından birini həyata keçirərkən də Qəzzanı dünyaya bağlayan bütün kanallar kəsilmişdi. Həmikn vaxt bildirilmişdi ki, İsrail aviasiyası internet və rabitənin bütün infrastrukturnu məhv edib. Lakin bir gün sonra "Paltel" şirkəti dkəsilən rabitə və internet xidmətini tədricən bərpa etmişdi.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR