Rafah Sərhəd Qapısı bu gün açılır - 81 yaralı Misirə aparılır

img

01-11-2023 [09:09]


Bu gün Rafah Sərhəd Qapısı müvəqqəti açılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rafah Sərhəd Qapısının məsul şəxsi Vail Əbu Muhsin jurnalistlərə açıqlama verib.

O bildirib ki, bu gün Qəzza zolağında ağır yaralananlardan 81-i müalicə üçün Misirə gətiriləcək: "Sərhədin noyabrın 1-də müvəqqəti açılacağı barədə razılaşma əldə olunub. Hələlik 81 ağır yaralının Misir xəstəxanalarına köçürülməsi razılaşdırılıb".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR