BMT rəsmisi: "Siz heç 8 yaşlı uşağın "Ölmək istəmirəm" hayqırtısını eşitmisinizmi?"

img

01-11-2023 [00:08]


Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzanın şimalındakı 13 xəstəxananın boşaldılması əmrini pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) yazılı açıqlama verib.

Açıqlamada qeyd olunub ki, İsrailin Qəzzanın şimalında evakuasiya etmək əmri verdiyi 13 xəstəxanada minlərlə xəstə və təxminən 117 min köçkün var.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits qeyd edib ki, İsrailin evakuasiya əmrindən dərin narahatdır: "Bu insanların və xəstələrin gedəcəyi təhlükəsiz yer yoxdur. Həkim və intensiv dərman dəstəyinə möhtac insanlaırn köçürülməsinə cəhd ölüm m fərmanı olardı. Siz heç 8 yaşlı uşağın "Ölmək istəmirəm" hayqırtısını eşitmisinizmi? Bunu duymaq dəhşətlidir. İsrail xəstəxanaların köçürülməsi və mülki şəxslərə qarşı davranışlarından əl çəkməlidir".

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR