QHT Agentliyi və korrupsiyaya qarşı mübarizə... - İSBAM sədri yazır
31-10-2023 [11:14]
Samir Adıgözəlli,
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri
***
Oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdim.
Fürsətdən istifadə edib dəvətə görə Türkiyə Cümhuriyyəti Böyükelçisi Cahit Bağcıya təşəkkür edirəm.
Uzun illər ölkəmizin ictima-siyasi proseslərində fəal iştirak etmiş insanlarla bir arada olmaq, onlarla fikir mübadiləsi aparmaq xoş oldu.
Xoş olmayan isə uzun illər müxtəlif çətinliklərlə formalaşmış, hər zaman dövlətçiliyimiz möhkəmləndirilməsi üçün ciddi səy göstərmiş QHT sektorunun bu günki pərakəndəliyi oldu.
Demək olar ki, müxtəlif sektorlardan qonaqlar var idi və hər biri öz sahəsinin gücünü öz mütəşəkkilliyi ilə nümayiş etdirirdi.
QHT sektoru isə sanki ortalıqda və başsız qalmışdı.
Sanki hər kəs bir-birindən özünü qoruyurdu.
Tədbirdə bəzi həmkarların QHT sektroru ilə baxışlarını da öyrənmək və müzakirə etmək imkanım oldu. Sözsüz ki, hər kəs QHT Agentliyi ilə bağlı tənqidlərimizi haqlı hesab edərək bir qədər ehtiyatlı olmağı tövsiyyə etdilər. Bildirdilər ki, "bizim kimi hamı Agentlikdə nələrin baş verdiyini, orada korrupsiyanın tüğyan etdiyini, tenderlərin hansı sifarişlərlə keçirildiyinin, kimlərə müsabiqədənkənar qrantların verildiyini (hətta öz adamlarına 67 min manat ayırıblar), bəzi əməkdaşların günahsız yerə sıxışdırılaraq çıxarılmasını və digər məsələləri izləyirik. Sadəcə, biz sizin kimi addım atıb nə yaza, nə də deyə bilirik. Bizə ya kiminsə adamı damğası vuracaqlar, ya da Qərbin adamı adlandıracaqlar. Sonda təşkilatımız qrantsız qalacaq. Ona görə ən yaxşısı hamı kimi “əl çalmaq” lazımdır".
İzah etdim ki, mən bu dövlətə hər zaman sədaqətlə xidmət etmişəm, digərləri kimi özümü dövlətin adamı göstərib xəyanətlə məşğul olmamışam.
Bu gün də mənim davam dövləti içdən məhv edən bir qurumdakı ədalətsiz yanaşmadan, oradakı talançılıqdan söhbət gedir. Biz deyirik ki, əlimizdə dəqiq korrupsiya faktları var, bunlar isə başlayır bizə hücuma keçməyə.
O zaman açıq bəyan etsinlər ki, nə faktlar olmasından asılı olmayaraq, biz Agentlikdəki korrupsiya faktlarına göz yumacayıq. Biz də işimizin adını bilək.
Təsəvvür edin, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nda QHT Agentliyi korrupsiyaya qarşı mübarizə məsələlərində icraçılardan biridir.
Görəsən, bu sənədin icrasına nəzarət edən qurumlar Agentlikdəki korrupsiya faktlarını bilə-bilə onları Plana daxil edib, yoxsa bu təsadüfən belə alınıb.
Həqiqətən təzadlı haldır ki, bir qurum korrupsiya içində boğulur, amma o digər qurumlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı iş aparır.
Allah hamımızı şərdən, mərdimazar insanlardan qorusun.
MİA.AZ
P.S. Yazı İSBAM sədrinin Feysbuk-dakı səhifəsindən götürülüb.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."