HƏMAS rəsmisinin evi partladılıb

img

31-10-2023 [10:32]


"HƏMAS rəsmisi Arurinin İordan çayının qərb sahilindəki evi partladılıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail qüvvələri HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Arurinin Ramallahın şimalında yerləşən Arura qəsəbəsindəki evini partlayıcıdan istifadə edərək dağıdıb.

"TRT Haber"İn məlumatına görə, bu barədə "Şihab" Xəbər Agentliyi xəbər yayıb.

Məlumata görə, İsrail əsgərləri ötən gecə saatlarında Ramallahın şimalındakı Arura qəsəbəsinə daxil olublar: "Hadisə şahidləri İsrail qüvvələrinin Arurinin evində saatlarla axtarış apardıqlarını deyirlər. Bundan sonra onlar evə partlayıcı yerləşdirib, onu partladıblar. Partlayşdan snra çıxan yanğın uzaqdan belə görülüb".

Xəbərdə o deyilir ki, HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Aruri 2010-cu ildə 18 il İsrail həbsxanalarında olub.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR