Putin: "Fələstinlilər kimi, Rusiya da Ukraynada məhz bu güclərlə savaşır"

img

31-10-2023 [00:19]


Rusiya prezidenti Vladimir Putin İsrailin Qəzza zolağına hücumlarında ABŞ-ı günahlandırıb və iki dövlətli həll təklifini təkrarlayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Mahaçqalada baş verən insidentlə bağlı keçirdiyi müşavirədə danışıb.

Ukrayna və Yaxın Şərqdə olduğu kimi, Fələstində də qətliamın arxasında ABŞ-dakı elitaların olduğunu iddia edən Putinin sözlərinə görə, ABŞ-da hakim elitaların "müqəddəs torpaqlarda sülhə deyil, xaosa ehtiyacı var" fikri möhkəmlənib: "Halbuki, orada problemin həlli yolu BMT qərarı ilə açıq göstərlib.  Münaqişənin həlli müstəqil Fələstin dövlətinin qurulmasından keçir".

Rusiya lideri deyib ki, fələstinlilərin hazırda yaşadıqları fəlakətin arxasında onun yeni müstəqil dövlət qurmasını istəməyən güclər dayanıb: "Rusiya da Ukraynada məhz bu güclərə savaşır"

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR