BMT Baş katibi: "Qəzzada xəstəxanalar qorunmalıdır"

img

31-10-2023 [00:03]


"BMT Baş katibi Qəzzada xəstəxanaların qorunmaısnı tələb edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məlumat verib.

O bildirib ki, həftə sonu Qəzzada Qüds, Şifa və İndoneziya xəstəxanaları vurulub: "Türk-Fələstin Dostluq Xəstəxanasının hədəf alındığı xəbəri yeni gəldi. BMT Baş katibinin xəstəxanalaırn vurulmasına reaksiyasını soruşursunuz. Cənab Baş katib Qəzzada xəstəxanaların bombalanmasına qarşı olduğunu və israildən bu davranışa son verməsini istəyib. Baş katib xəstəxanaları vurmağın əleyhinədir. Xəstəxanaları qorumaq lazımdır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR