Kreml: "Mahaçqala hava limanında baş verənlər xarici müdaxilədən qaynaqlanır"

img

30-10-2023 [15:19]


"Dağıstanın Mahaçqala hava limanında baş verənlər xarici müdaxilənin nəticəsidir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya prezidenti Vladimir Putinin Dağıstan hava limanında baş verənlərlə bağlı müşavirə keçirəcəyini qeyd edərək, bildiirb ki, dünən Mahaçqala hava limanında baş verən hadisələrin böyük ölçüdə xarici müdaxilədən qaynaqlandığını dəqiqdir: "Bu gün axşam saatlarında Rusiya hökumət rəsmiləri və Rusiya Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə hadisələrlə bağlı geniş iclas keçiriləcək. Təbiidir ki, Qəzza zolağında baş verənlərin dəhşəti -  uşaqların, qocaların və tibb işçilərinin ölümlərini göstərən televiziya görüntüləri ilə kütləyə çox pis təsir edir və bundan da yararlanmaq istəyənlər az deyil".

Xatırladaq ki, dünən bir qrup yəhudilərin Mahaçqalaya gəlməsinə etiraz edən yerli sakinlər hava limanına basqın ediblər. Nəticədə 20 nəfər yaralanıb. Hava limanına xüsusi təyinatlılar yerdildikdən sonra vəziyyət sabitləşib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR