İsrail Ordusu: "Qəzza zolağında plana uyğun olaraq yavaş-yavaş irəliləyirik"

img

30-10-2023 [13:28]


"Qəzza zolağında plana uyğun olaraq yavaş-yavaş irəliləyirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü, admiral Daniel Hagari mətbuat konfransında deyib.

O bildirib ki, ordu qurudan tədricən, plan üzrə irəliləyir: "Hərbi qüvvələrimiz Qəzzada onlarla yaraqlını məhv edib. Biz yavaş-yavaş, itki vermədən plana uyğun içərilərə doğru irəliləyəcəyik".

Admiral əmin edib ki, İsrail HƏMAS yaraqlıları üzərində tamamilə layiqli qələbəni təmin edəcək.

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlamasından sonra qarşı tərəf Qəzzaya güclü zərbələr endirməyə başlayıb.

İsrail rəsmiləri okryabrın 7-dən bu günədək 311-i əsgər olmaqla 1400 israillinin savaşda həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA