PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Təltif

img

30-10-2023 [12:26]


Prezident İlham Əliyev bu gün sərəncamlar imzalayıb.

Mia.az xəbər verir ki,  sərəncama əsasən, Arif Şahbaz oğlu Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Xalq rəssamı Arif Hüseynovun bu gün 80 yaşı tamam olur.

Digər sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub. O, hazırda ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR