Suriya: "İsrail Dəra vilayətinə hava hücumu həyata keçirib"

img

30-10-2023 [11:59]


İsrail Suriyaya növbəti dəfə hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Suriya rejimi yayıb.

Suriyadakı rejimin rəsmi SANA agentliyinin məlumatına görə, İsrail yerli vaxtla saat 01.35-də Colan təpələrindən Dərada iki hərbi nöqtəyə hava zərbələri endirib. 

Hücum nəticəsində ölən və yaralılar barədə məlumat verilməyib.

İsrail ordusu isə dünən axşam Suriyadan İsrailə raketlər atıldığını və buna cavab olaraq raketlərin atıldığı bölgəyə artilleriya hücumu həyata keçirildiyini açıqlayıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA