ABŞ-ın vitse-prezidentindən İrana xəbərdarlıq: "Bizim İsrail və Qəzzaya qoşun göndərmək planımız yoxdur"

img

30-10-2023 [11:16]


"Bizim İsrail və Qəzzaya qoşun göndərmək planımız və ya niyyətimiz yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail və Qəzzaya qoşun göndərib-göndərməyəcəkləri barədə siuala cavabda deyib.

"CBS News"a danışan Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu təkrarlayıb: "Həmas və Fələstin ayrı-ayrı şeylərdir. Onları eyni hesab etmək olmaz. Fələstinlilər israillilərlə eyni təhlükəsiz və ləyaqətə həyata layiqdirlər".

İsrail-Fələstin münaqişəsində müharibə qaydalarına əməl olunmasının vaxbliyinə də toxunan Harris bildirib ki, Fələstinə humanitar yardım artırılmalıdır.

Vtse-prezident daha sonra İrana mesaj verərək, rəsmi Tehranı İsrail-Həmas savaşına qarışmamağa çağırıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR