Daha iki məşhur "Yalı Çapkını" seralına yeni nəfəs gətirəcək, bir aktrisa isə ayrıldı - Açıqlama

img

30-10-2023 [09:30]


"Təşkilat" serialındakı performansı ilə adından söz etdirən tanınmış aktyor Turqut Tunçalp Star TV-də yayımlanan "Yalı Çapkı"nı serialının heyətinə qatılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir, Çetin Tekindor, Şerif Sezer, Gülçin Şantırcıoğlu, Diren Polatoğulları, Emre Altuğ, Gözde Kansu, Binnur Kaya, Tarık Emir Tekin, Ersin Arıcı, Beril Pozam və digər aktyorların çəkildiyi seriala dəvət alan Turqut Tunçalp burada "Pelin"in dayısı rolunu canlandıracaq.

Məlumata görə, Tunçalp mafioz duruşu və maraqlı şəxsi həyatı ilə seriala çox təsirli nəfəs gətirəcək. 

Xəbərdə o da deyilir k, Tunçalpla yanaşı, aktrisa Səma Gültəkin də serailda "Pırıl" obrazında oynayacaq.

Onlarla yanaşı, yeni mövsümdə "Yalı Çapkını" serialının heyətinə daxil olan Cemre Gümeli isə serialdan ayrılıb. Ssenari dəyişikliyi səbəbindən aktyor heyətindən ayrılmaq məcburiyyətində qalan Gümel faktı təsdiqləyib.

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq