Zakir Həsənov Çinə gedib

img

29-10-2023 [12:15]


Müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Mia.az xəbər verir ki, səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur.

Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR