"Xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev 

img

28-10-2023 [13:19]


Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 32 nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR