Türkiyə hazırladı, BMT Baş Assambleyası İsrailə qarşı qətnamə qəbul etdi: "Atəşi təcili dayandırın  və..." - Ərəb Liqasından qərara reaksiya

img

28-10-2023 [09:01]


"BMT-nin qərarı beynəlxalq ictimaiyyətin həqiqi iradəsini əks etdirir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt BMT Baş Assambleyasının son qətnaməsinə  münasibətdə deyib.

Onun sözlərinə görə, 120 ölkə qərara "hə" səsi verməsi ilə dünya ictimai rəyi Qəzzada baş verənlərə qarşı olduğunu göstərib.

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) oxşar qərarın qəbul edilməsinin veto hüququ ilə qarşısının alındığına toxunan Əbu Qayt beynəlxalq ictimaiyyətin bu səlahiyyətdən asılı olmayaraq BMT Baş Assambleyasında öz həqiqi iradəsini nümayiş etdirdiyini bildirib.

Əbu Qayt İsrailin Qəzzaya şiddətli hücumlarını dayandırması və humanitar yardım dəhlizlərini açması üçün sözügedən qərarın diplomatik kampaniyaya çevrilməli olduğunu vurğulayıb.

Xatırladaq ki, İordaniyanın irəli sürdüyü və Türkiyə də daxil olmaqla 50-yə yaxın ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi dünən BMT Baş Assambleyasının 193 üzvü olan fövqəladə sessiyasında səsə qoyulub.

Qətnamə 45 “bitərəf” və 14 “xeyr” əleyhinə olmaqla 120 səslə qəbul edilib.

Qətnamədə “Qəzzada təcili, daimi və davamlı humanitar atəşkəs elan edilib və hərbi əməliyyatların dayandırılması tələb edilib”.

Qətnamədə Qəzzaya humanitar yardımın və materialların daşınmasının asanlaşdırılması üçün lazımi addımların atılmasının vacibliyi qeyd edilib və BMT təşkilatlarına və onların tərəfdaşlarına fasiləsiz girişin təmin edilməsinin vacibliyi vurğulanıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR