Rusiya MN “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsini ləğv elədi - Xankəndi ərazisində iki post yaradılıb

img

27-10-2023 [20:35]


Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

Mia.az xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA