Türk qırıcıları İraqın şimalında PKK hədəflərini məhv edib - Açıqlama

img

26-10-2023 [00:12]


Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Qara, Avaşin, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi və məsul terrorçuların da olduğu düşünülən mağara, bunker, sığınacaq və anbarlardan ibarət 19 hədəf məhv edilib: "Soylu millətimizin qəlbindən çıxan Türk Silahlı Qüvvələri, hər il olduğu kimi, ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrora qarşı mübarizəni əzm və qətiyyətlə davam etdirəcək. Bir terrorçu qalmayana qədər əməliyyatlarımız davam edəcək".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA