BMT hesabatı: "Qəzzada həlak olanların 40 faizi uşaqlardır" - "Bu, dəhşəti dayandırmayanların üzərində bir ləkədir"

img

26-10-2023 [00:10]


"Qəzzada həlak olan fələstinlilərin 40 faizi uşaqlardır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında jurnalistlərə hesabat açıqlayıb.

Onun sözlərinə görə, İsrail qüvvələrinin Qəzzanı davamlı bombalaması artıq 6700 nəfərin ölümünə səbəb olub: "Bu rəqəmin 40 faizi uşaqdır. Nə baş verdiyini anlayırıqmı? Orada 15 mindən çox ağır yaralanıb. Bununla Qəzzada 1 milyon 600 min fələstinli evindən didərgin düşüb. Bölgədə insanların su, qida, elektrik və dərman imkanları əllərindən alınıb. Hazırda Qəzza xalqının içində olduğu cəhənnəm bizim hamımızın, BMT-yə üzv olan bütün dövlətlərin və xüsusən də bunu dayandırmağa gücü çatan, ancaq dayandırmayanların üzərində bir ləkədir".

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR