Ərdoğanla Putin telefonda danışdı - Nələr müzakirəyə çıxarılıb?

img

24-10-2023 [17:37]


Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüş zamanı iki lider İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.

Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyinə, hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkən prezident Ərdoğan Qərb dövlətlərinin susqunluğunun Qəzzada humanitar böhranı qaçılmaz həddə çatdırdığını bildirib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün bundan sonra da hər cür səy göstərəcəyini vurğulayıb.

Putin də müharibənin şiddətlənməsindən və humanitar böhranın böyüməsinə diqqəti çəkərək, probılemin iki dövlətli həll modeli olduğunu təkrarlayıb.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlər və bölgədəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR