Milli Məclisdə yeni qrup yaradıldı, onlara vəzifə verildi - Rəsmi Bakı Parislə açıq "savaş"a gedir

img

24-10-2023 [16:50]


Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Milli Məclisində yeni qrup yaradılıb.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.

Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR