Putinin sözçüsü: "Fələstin dövləti elan olunmalıdır" - "İsrail tərəfi ilə gərgin danışıqlarımız gedir"

img

24-10-2023 [15:49]


"Qəzzada ən qısa zamanda atəşkəs əldə olunmalı və Fələstin müstəqil dövlət elan olunmalıdır".

Mia.az Fusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, HƏMAS bütün girovları təcili olaraq azad etməlidir: "Bu, bizim qəti mövqeyimizdir. Onalr bütün girovları, o cümlədən Rusiya vətəndaşlarını sərbəst buraxmalıdır. Onların sağ-salamat geri dönəcəklərinə inanırıq".

Peskovun sözlərinə görə, Rusiya müharibə edən tərəflərlə əlaqə saxlayır: "Biz bölgədə atşəkəsin əldə olunması və dialoqun başlaması üçün səylərimizi davam etdiririk".

İsrail tərəfi ilə müntəzəm görüşdüklərini və gərgin dialoq apardıqlarını ifadə edən Peskov qeyd edib ki, Rusiya tərəfinin münasibəti kifayət qədər aydın və rdıcıldır: "Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə dilə gətirib. Qeyd etdiyimiz kimi, bölgədə ən qısa zamanda atəşkəs əldə olunmalı və fələstinlilərin qanuni haqqı olan müstəqil dövlətlərini qirmalarına imkan verilməlidir. Problemin yolu buradan keçir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR