Qətər Əmirindən İsrailə qəzəbli mesaj: "Artıq yetər! Bəsdir!"

img

24-10-2023 [11:20]


"Artıq yetər! Bəsdir! İsrailin insanların sərhəd tanımadan öldürülməsinə yaşıl işıq yandırılmamalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani İsrailin Qəzzaya hücumlarından danışarkən deyib.

O, İsrailin Qəzzada amansız qətliam həyata keçirdiyini bəyan edərək, bunun dayandırılmasının mütləq olduğunu bildirib: "Bu cür sərhədsiz formada insanları öldürməyin qarşısı alınmalıdır. Yetər artıq...".

Xatırladaq ki, Qətər hazırda HƏMAS-ın girov götürdüyü israillilərin sərbəst buraxılması üçün çalışır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR