Türkiyə daha 113 qanunsuz miqrantı xilas edib

img

24-10-2023 [10:12]


Türkiyə dənizdə batma təhlükəsi ilə üzləşən daha 113 qeyri-qanuni immiqrantı xilas edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, İzmirin Çeşme və Menderes rayonları sahillərində rezin qayıqlarda bir qrup qeyri-qanuni mühacirin olması xəbəri üzərinə Sahil Mühafizəsinin qayıqları bölgəyə göndərilib: "Komandalar yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına qovulan rezin qayıqlardakı 77 qeyri-qanuni immiqrantı xilas edib. Bununla yanaşı, matoru dənizdə xarab olan daha bir rezin qayıqda 36 miqrant batmaqdan xilas olunaraq sahilə çıxarılıb. Onlar Köç İdarəsinə təhvil veriliblər".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA