Ankarada İŞİD-ə qarşı əməliyyat: 33 nəfər saxlanılıb

img

23-10-2023 [13:07]


Türkiyənin paytaxtı Ankarada silahlı terror təşkilatı İŞİD-ə qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara polisi məlumat paylaşıb.

Məlumatda deyilir kii, terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində 39 ünvanda eyni vaxtda əməliyyat keçirilib: "Əməliyyatla 31-i İraq, 2-si Suriya vətəndaşı olmaqla, ümumilikdə 33 nəfər İŞİD üzvü olmaqda şübhəli bilinərək saxlanılıblar".

Xəbərə görə, daha 6 şübhəlinin tutulması istiqamətində axtarışlar davam edir.

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA