Ölkə tarixində bir ilk - 35 qəzet Qəzzaya dəstək üçün eyni başlıqda yazı dərc edib (FOTO)

img

23-10-2023 [12:59]


Əlcəzair qəzetləri İsrailin hücumlarına məruz qalan Qəzzadakı xalqla həmrəylik nümayiş etdirən eyni başlıqlı yazı dərc ediblər. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin 35 ən böyük qəzeti Qəzzadan çəkilən eyni bir foto “Qəzza... Həqiqəti öldürən media” başlıqlı manşetlə nəşr olunub.

Məlumata görə, bu İsrailinhücumlaırna səsisz qalan və ya təhrif edən Qərb mətbuatına etiraz əlaməti olaraq təşkil olunub.

35 qəzetin baş redaktorlarının birgə bəyanatında o da deyilir ki, "Biz Əlcəzair mediası üzvləri olaraq sionist rejimin Qəzzada müdafiəsiz insanlara qarşı vəhşicəsinə hücumunu pisləyirik. Eyni zamanda, peşəkar və əxlaqi prinsiplərdən məhrum olan Qərb mediasının İsrailyönlü yayımlarını da qınayırıq”

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq