İSRAİL ORDUSU QƏZZAYA GİRDİ: "Girovları qurtaracağıq" - Ordu sözçüsü açıqladı

img

23-10-2023 [12:19]


17 gündür fasiləsiz olaraq Qəzzanı bombalayan İsrail ordusu girov götürülən vətəndaşlarını xilas etmək üçün Qəzzada quru əməliyyatına başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazrliyi açıqlama yayıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari bildiirb ki, hazırda girovlar üçün quru əməliyyatı aparılır: "Biz yaraqlıları məhv etmək və qaçırılan insanları axtarmaq üçün gecə saatlarında Qəzza zolağına girdik. Əsirləri azad etmək və ailələrinə qaytarmaq üçün hər üsuldan istifadə edəcəyik"

Məlumata görə, HƏMAS-ın \əlində 222 girov var.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR