Almaniya xüsusi təyinatlıları Qəzzada əməliyyata hazırlaşır - Gecəylə adaya eniş ediblər

img

23-10-2023 [10:17]


İsrailin blokada altındakı Qəzza zolağına qarşı mümkün quru əməliyyatından əvvəl bölgədə diqqətçəkən hadisələr baş verir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ donanmasının, o cümlədən təyyarədaşıyan gəmilərinin Aralıq dənizində lövbə\r salmasından sonra İngiltərə də eyni addımı atıb.

Amaniya isə ötən gecə qəfil gedişlə diqqəti özünə cəlb edib.

Məlumata görə, Alman ordusu Cənubi Kiprə xüsusi təyinatlı birliklər göndərib: "Alman ordusunun xüsusi hazırlıqlı birliyi ötən gecə adaya eniş edib. Onlar burada ikinci əmrə qədər gözləyəcəklər. Gözlənilən əmr isə Qəzzada quru əməliyyatı ilə bağlı olacaq. Almanlar "Həmas" yaraqlılarının girov götürdüyü almanəsilli şəxslərin azad olunması bəhanəsi ilə İsrail ordusu ilə birgə şəhərə girəcək".

Xəbərdə o da deyilir ki, hazırda Cənubi Kiprdə Britaniya və Amerika xüsusi təyinatlıları da var.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR