HƏMAS hücuma keçən İsrailə zərbə vurdu: bir tank, iki bulduzer sıradan çıxarıldı

img

23-10-2023 [00:29]


İsrail ordusu ağır bombardman etdiyi və blokadaya aldığı Qəzza zolağına qurudan hücuma cəhd edərkən gözlənilməz zərbə alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, HƏMAS-ın hərbi qanadı açıqlama yayıb.

Bildirilib ki, HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şərqində İsrail qüvvələri ilə toqquşub: "Mücahidlər Qəzzaya sızan İsrail ordusunun iki buldozer və bir tankını məhv ediblər. Nəticədə İsrail ordus canlı qüvvə sarıdan da itki veirb. Onlar məcburən geri çəkiliblər. HƏMAS döyüşçlüəri çətin tapşırığı uğurla yerinə yetirərək, geriyə - bazaya salamat dönüblər".

Məlumata İsrail tərəfdən rəsmi reüaksiya verilməyib.

Lakin gün ərzində İsrail ordusu qeyd edilən bölgəni ağır bombardmana məruz qoymaqla HƏMAS-a cavab verib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR